Rusiyada yanacağın bahalaşması davam edir

Rusiyada yanacaq böhranının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Hökumət tədbirlər planı hazırlayaraq Prezident Vladimir Putinə təqdim edib. Avtosfer.az Rusiya mətbuatına istinadla xəbər verir ki, energetika naziri Sergey Tsivilyevin prezidentə təqdim etdiyi tədbirlər planında benzin və dizel yanacağının ixracına gələn ilin ortasına kimi qadağa qoyulub. Bununla yanaşı benzin və dizel yanacağının idxalı üçün bazarın bütün iştirakçılarına geniş imkanlar yaradılıb. İdxalçılar gömrük rüsumu və vergilərdən azad ediliblər. Tədbirlər planında nəzərdə tutulub ki, neftayırma zavodları ehtiyatda saxladıqları xam nefti istifadə edib, benzin və dizel istehsal edib bazara çıxarsınlar. Məlumata görə, ötən həftə benzinin qiyməti 0,78 faiz artıb. İlin əvvəlindən oktyabr ayına kimi Rusiyada yanacağın qiymətində 10,99 faiz artım müşahidə edilib ki, bu da ümumi inflyasiyanı geridə qoyub. Hazırda Rusiyada 1 litr benzinin qiyməti 64,82, dizel qiyməti isə 73,24 rubla satılır. Rusiya şəhərlərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində avtomobillərin uzun növbəsi müşahidə edilir.
Qeyd edək ki, Ukrayna dronlarla Rusiyanın müxtəlif regionlarındakı neftayırma zavodlarını partlatdıqdan sonra ölkədə yanacağın qiyməti kəskin artıb.
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA










