Rusiyadakı miqrantlara bəd xəbər

Rusiyada miqrantlara qarşı sərt tədbir və təkliflər davam edir. Avtosfer.az xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının(LDPR) lideri Leonid Slutski özünün Telegram kanalında paylaşım edərək deyib ki, miqrantlara pensiya ödənişləri ləğv edilməlidir. Onun təklifi birmənalı qarşılanmayıb. Bildirib ki, ölkənin inkişafına töhfə verməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət pensiya verməməlidir. Slutski onu da vurğulayıb ki, miqrantlarla qarşılıqlı əlaqə “gəl, işlə, get” prinsipinə əsaslanmalıdır. O qeyd edib ki, Ukraynada davam edən müharibəyə, sosial proqramlara, demoqrafik tədbirlərə yönələn cari xərcləri nəzərə alsaq, hər bir qəpik büdcə üçün hesablanmalıdır. Bu mənada miqrantlara ödənişlər də pensiya sistemi üçün əlavə yük yaradır. Partiya lideri onu da qeyd edib ki, rusiyalı təqaüdçülər az pul alırlar ki, bu da çox vaxt kommunal xərcləri ödəməyə kifayət edir. Bəzi immiqrantlar isə pulsuz sosial dəstəklərə, müavinətlərə arxalanırlar.(publika.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












