Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ! - Yeni sənədlə bağlı tələblər gəlir

Rusiya Dövlət Dumasının əmək, sosial siyasət və veteranlar məsələləri üzrə komitəsinin sədri Yaroslav Nilov miqrantların Rusiya sərhədini keçərkən QİÇS və vərəmin olmaması haqqında arayış təqdim etməsini məcburi edən qanun layihəsi hazırlayıb.
Avtosfer.az bu barədə TASS-a istinadən məlumat verir.
Hazırda əmək miqrantları üçün tibbi müayinə müddəti 30 gün təyin edilib. Rusiyaya 90 gündən çox müddətə gələnlər üçün tibbi müayinə müddəti 90 gündür.
"Rusiyaya əmək fəaliyyəti həyata keçirmək üçün gələn xarici vətəndaşlara qarşı tələblərin siyahısını genişləndirmək təklif olunur. Belə ki, göstərilən vətəndaş dövlət sərhədini keçərkən tibbi sığorta, insan immunçatışmazlığı virusu (QİÇS), B və C hepatiti ilə yoluxmanın, həmçinin sifilis və vərəm xəstəliyinin olmamasını təsdiq edən, Rusiyaya giriş gününə ən azı 10 gün qalmış aparılmış analizlərin nəticələrini özündə saxlamalı və təqdim etməlidir", - deyə izahat qeydində deyilir.
Qanun qəbul edilərsə, əmək miqrantları sərhədi keçərkən Rusiyaya giriş gününə ən azı 72 saat qalmış aparılmış, orqanizmdə narkotik, psixotrop maddələrin olmamasını təsdiq edən test nəticələrini təqdim etməyə məcbur olacaqlar.
"Qanun layihəsində təklif olunan yeniliklər Rusiyanın səhiyyə sisteminə yükü azaltmağa, həmçinin ölkə ərazisinə sosial təhlükəli viruslar və xəstəlikləri olan əmək miqrantlarının girişinin qarşısını almağa imkan verəcək", - deyə Nilov izah edib.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO











