Polis vətəndaşın itirdiyi pul kisəsini taparaq özünə qaytarıb - FOTO

Saatlıda polis əməkdaşları rayon ərazisində vətəndaşın itirdiyi pul kisəsini taparaq özünə qaytarıblar. DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata gorə, Saatlı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları, polis serjantları Samir Cahangirov və İbadət Abdullayev rayon ərazisində xidmət aparan zaman içərisində sənədlər, qızıl-zinət əşyaları, pul və plastik kartlar olan pul kisəsi aşkarlayıblar.
Polis əməkdaşları dərhal pul kisəsini RPŞ-nin Növbətçi Hissəsinə təqdim ediblər və həmin əşyaların sahibinin tapılması istiqamətdə zəruri bütün tədbirlər həyata kecirilib.
Qısa müddət ərzində həmin pul kisəsinin rayonun Heydərabad kənd sakini S.Abasovaya məxsus olduğu müəyyən edilib və həmin xanım RPŞ-nə dəvət olunaraq şəxsi əşyaları ona təqdim olunub.
Pul kisəsinin təhvil alan zaman həmin xanım başına gələn hadisə ilə bağlı həyacan keçirdiyini, lakin vətəninə şərəflə xidmət edən polis əməkdaşlarının ona məxsus əşya və pulları taparaq qaytardıqlarına görə çox sevindiyini bildirib. S.Abasova Azərbaycan polisinə öz təşəkkürünü çatdırıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













