Saatlıda narkotacir tutulub - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı şəhər sakini Fuad Nuriyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsiredici xassayə malik narkotik maddə - metamfetamin aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri ilə həmin şəxsin evinə baxış keçirilən zaman oradan 3 qrama yaxın metamfetamin və 80 qram marixuana, eləcə də onun şəhər ərazisində yerləşən köhnə tikililərin birində gizlətdiyi çəkisi 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində Saatlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












