Sabah Bakıda hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Martın 7-də Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












