Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır
Xəbərlər
8 İyul 2022 10:14
Oxunub 1118

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.
Avtosfer.az-ın xəbərinə görə, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.
Növbəti iş günü iyulun 13-dədir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













