Sabiq diplomat ittihamı qəbul etmir

Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Avtosfer.az, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda itiham aktı elan edilib.
İttihamda deyilir ki, Emin İbrahimov Nizami rayonu ərazisndə səki ilə hərəkət edərkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib.
Buna görə onlar arasında mübahisə yaranıb. Hisslərini cilovlaya bilməyən Emin üstündəki bıçaqla bir dəfə Kamalın qarın nahiyəsindən vurub.
Keçmiş diplomat ittihamı qəbul etməyib O, ümumiyyətlə belə bir hadisə baş vermədiyini deyib.
Prosesin davamında zərərçəkmiş Kamal Şükürov ifadə verib. O, əvvəllər Eminlə hər hansı ədavətinin olmadığını bildirib. Kamalın sözlərinə görə, əvvəllər Emini tanımayıb, adını belə hadisə baş verəndən sonra öyrənib.
Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlamadığını, onun qanunun tələbinə uyğun həddə cəzalandırılmasını istəyib.
Proses 1 ay sonra-martın 12-si şahid ifadələri ilə davam edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












