Sabiq rektor qızının 57 min manatını ələ keçirən şəxsin məhkəməsinə getmədi

Xəzər Universitetinin sabiq rektoru İradə Xəlilovanın qızının 57 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mikayıl Əliyevin məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Əliyev 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Mikayılın cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilkin ərizə sabiq rektor İradə Xəlilova tərəfindən verilsə də, o, məhkəmə iclaslarına gəlməyib. Hakim Aygün Qurbanova tərəflərin razılığı ilə onun polis idarəsində müstəntiqə verdiyi ifadəsini elan edib.
Qeyd edək ki, zərərçəkmiş Aygün Xəlilova ilə Mikayılın yaxın tanışlıq münasibəti olub. Aygün onun bir sıra şəxslərə borclu olduğuna və borcu ödəmədiyi təqdirdə həbs olunacağına inanıb. Bu səbəbdən qaytarmaq şərti ilə ümumilikdə 57 min 600 manat dəyərində qızıl-zinət əşyalarını-o cümlədən 30 min manatlıq "Van Cleef & Arpels" markalı bir cüt sırğanı və digər qızılları lombarda qoyaraq pul götürməsi üçün ona verib. Lakin Mikayıl həmin qızılları geri qaytarmayaraq rektorun qızına qarşı dələduzluq edib.
Aygün və anasının şikayətindən sonra Mikayıl həbs edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












