Sabirabad sakinindən 24 kq narkotik götürülüb

Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az - a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ramin Əhmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus şəhər ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən yaş çəkisi 13 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 17 ədəd çətənə bitkisi, evdən və həyətində yerləşən tikilidən isə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 11 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.





İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












