Sabirabad sakinlərindən 10 kiloqram qurudulmuş marixuana götürülüb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şəhriyar kənd sakinləri Binyamin Hüseynov və Cəfər Cəfərov saxlanılıb. B.Hüseynovun kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 66 ədəd aqrotexniki qaydada yetişdirilmiş çətənə bitkisi və 8 kiloqram qurudulmuş marixuana, C.Cəfərovun evinə baxış keçirilən zaman isə 9 ədəd çətənə bitkisi və 2 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












