Sabunçuda 1 ay ərzində narkotikə görə 60 nəfər saxlanılıb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 1 ay ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 60 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı özünə məxsus həyətdə aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə kolları yetişdirən Firuddin Babayev tutularaq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilib. Onun həyətindən ümumi çəkisi 3 ton 500 kiloqram olan 15 min 367 ədəd çətənə kolu aşkar edilib. Maştağa qəsəbəsində keçirilən digər əməliyyatlar zamanı narkotiklərin kultivasiyası ilə məşğul olan əlavə 6 nəfər saxlanıb. Həmin şəxslərdən isə çəkisi 500 kiloqram olan 17 min ədəd çətənə kolu aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan digər şəxslərdən isə ümumilikdə 5 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 38-i barəsində məhkəmə tərəfindən həbs, 22-si haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO












