Şahnaz Bəylərqızı qaçaqmalçılıqda ittiham edilir

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.
Avtosfer.az xəbər verir ki, hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib.
Şahnaz Bəylərqızının apellyasiya şikayətinə fevralın 12-si saat 14:00-da baxılacaq.
Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər.
Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












