Şahnaz Bəylərqızının etirafları açıqlanarsa...

Fevralın 6-da barəsində həbs qətimkan tədbiri seçilmiş “Toplum” TV-nin əməkdaşı Şahnaz Bəylərqızına qarşı qaldırılmış cinayət işi ilə bağlı tədbirlər davam etdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ş.Bəylərqızının Qərb mərkəzləri ilə əməkdaşlığı və onların maliyyəsi əsasında sifarişlər icra etdiyi şübhə doğurmur. Bir sıra layihələr üzrə görülən işlər hətta Vətənə xəyanət kimi də klassifikasiya oluna bilər.
“Toplum” TV-nin və onun mənsub olduğu şəbəkənin fəaliyyəti həqiqətən də onu deməyə əsas verir ki, Qərbin dəstəyi, bir qrup jurnalist və QHT nümayəndəsinin yaxından iştirakı ilə Azərbaycanda şəbəkə formalaşdırılıb və onun qarşısına konkret vəzifələr qoyulub. Bu vəzifələr əsasən USAİD, Soros Fondu kimi təsisatların layihələri çərçivəsində reallaşdırılır və ümumi şəkildə ifadə etsək, bilavasitə Azərbaycanın beynəlxalq aləmdə gözdən salınması, ölkəmiz haqqında yanlış rəy formalaşdırılması məqsədi güdür.
Məlumata görə, hazırda həbsdə olan bəzi şəxslər, o cümlədən də Ş.Bəylərqızı fəaliyyəti, ona verilən sifarişlər, bu istiqamətdə görülən işlər, bütün bu prosesin maliyyə təminatı ilə bağlı istintaqa ətraflı məlumat verir və hər şeyi etiraf edirlər.
Təbii ki, həbs olunmuş şəxslərin verdiyi ifadələr bu günə kimi dəfələrlə ölkə gündəmində sensasiya yaradıb və Qərb mərkəzlərinin azad söz, insan hüquqları məsələlərindən istər beynəlxalq, istərsə də milli səviyyədə manipulyasiya etdiyi aydın görünüb. Söz yox ki, Ş.Bəylərqızının da etirafları açıqlanarsa, ölkə gündəmində yeni sensasiya doğura bilər.
Əldə etdiyimiz daha bir məlumata görə, Ş.Bəylərqızının istintaqla əməkdaşlığı, həmçinin xəstəliyi, ailə vəziyyəti nəzərə alınaraq, hazırda onun ev dustaqlığına buraxılması məsələsinə baxılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












