Şair İlhamə Elşadqızı: "Məni azadlığa buraxın, qeyri-adi istedadım var"

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az teleqraf.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən Etibar İsmayılov 24 dekabrda əməliyyat qrupu təşkil olunduğunu bildirib: "Qapını döyüb, içəri girdik, axtarış apardıq. Axtarış zamanı narkotik vasitəyə bənzər maddə aşkarlandı Ekspertizaya göndərdik, maddənin metanfetamin olduğu bildirildi".
İlhamə Elşadqızı günahsız olduğunu bildirib: "Mən araq içmirəm, siqaret çəkmirəm. Jurnalist adamam. Mənim əziyyətimi niyə yerə vurursuz? Nə var-nə var, direl demişəm ona görə bura düşmüşəm. Mənim həyatımla niyə oynayırlar? Mən təmiz qadınam, şairəyəm. Ağır seyidəm, ay parçası kimi göyçək qızam. Anam yaşlı qadındır, ona baxan yoxdur. Qeyri-adi istedada malik insanam".
İlhamə Elşadqızının vəkili müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra vəkil İlhamə Elşadqızının anası Almaz Əsgərovanın dindirilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib.
Şahid qismində dindirilən Almaz Əsgərova deyib: "Səhər evdə oturmuşduq. Qapının dəhşətli döyüldüyünü gördüm. Qapını İlhamə ilə birgə açmağa getdik. Əməliyyatçılar gülə-gülə içəri girdilər. Birinin əlində yaylıq var idi. Ilhaməni üzünü divara tərəf döndərdilər. Mənim kim olduğumu soruşdular. Dedim, İlhamənin anasıyam. O yaylığı sumkanın içinə qoyub şəkillərini çəkdilər. Məni çölə çıxardılar. Evə sonra qayıdanda İlhamənin üzü, boğazı qızarmışdı".
Növbəti məhkəmə prosesi sentyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










