Sakinlər zibil konteynerlərinə qarşı: Bakıda təmizlik niyə problemə çevrilib? - YENİLƏNİB - FOTO

“6-cı mikrorayon ərazisində, IV Masazır və Svetlana Məmmədova küçələrində sakinlərin razılığı və müraciəti əsasında əlavə zibil konteyneri yerləşdirilə bilər”.
Bunu Binəqədi Rayon İcra Hakimiyyətindən oxu.az-ın sorğusuna cavab olaraq bildiriblər.
Məlumatda qeyd olunur ki, sözügedən ərazidə məişət tullantıları konteynerlərinin yerləşdirilməsi ilə bağlı həmin ünvanda yaşayan sakinlərin razılığı lazımdır:
“Ümumi halda isə əraziyə yaxın ünvanlarda konteynerlər mövcuddur. Əlavə konteynerlərin yerləşdirilməsinə gəlincə isə, onlar ərazidə yaşayan sakinlərin razılığı və müraciəti əsasında münasib yer müəyyən edildiyi təqdirdə yerləşdirilə bilər”.
Qeyd edək ki, zibillərin qalaqlandığı əraziyə təkərli konteyner gətirilərək tullantılar daşınıb.
Eyni rayonda oxşar şikayətlə bağlı məsələ isə ərazidə konteyner quraşdırılması ilə nəticələnib.
Oxu.Az-a Binəqədi RİH-dən verilən məlumata görə, Rəsulzadə qəsəbəsində sakinləri narahat edən məişət tullantıları ilə bağlı problem aradan qaldırılıb.
Xatırladaq ki, qəsəbədəki parkın yaxınlığında, Q.Hacıbababəyov küçəsində zibil konteynerləri bir neçə il əvvəl yerləşdirilsə də, küçənin sakinləri qoxu və siçovul əmələ gələcəyini bəhanə edərək onları götürtmüşdülər. Əvəzində isə məişət tullantılarını yay-qış demədən parkın yanındakı pilləkənə atırdılar.
***
Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, IV Masazır və Svetlana Məmmədova küçələrində yaşayan sakinlər məişət tullantılarını birbaşa yol kənarına atırlar.
Bu barədə oxu.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətdə qeyd olunur ki, adıçəkilən küçələrdə zibil konteynerlərinin olmaması yol kənarının zibilliyə çevrilməsinə səbəb olub. IV Masazır küçəsi həm də ərazidəki 30 nömrəli məktəbin yoludur və bəzən şagirdlər küçəyə atılan zibil torbalarının üstündən keçib getməli olurlar. Əraziyə ən yaxın zibil konteyneri isə Mirzə Məmmədxan küçəsində yerləşir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












