Salyan və Saatlıda pirotexniki vasitələr satanlar barədə tədbirlər görülüb

Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin satıldığı aşkar edilib.
Qeyd edilən pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Analoji qayda pozuntusunu Saatlı rayonunda da aşkarlanıb. Belə ki, rayonun Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bu istiqamətdə tədbirlər respublikasının bütün bölgələrində davam etdirilir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












