Salyanda yol qayda pozuntusu törədən şəxsin atası həbs olunub

Salyanda yol qayda pozuntusu törədən şəxsin atası həbs olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib. DİN rəsmisi bildirib ki, Salyan rayon sakini 21 yaşlı Oktay Salayev bu il fevralın 8-də idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən barəsində inzibati protokol tərtib olunub, inzibati xətaya görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəmədiyindən həmin məbləğ dəbbə ilə birlikdə 240 manat təşkil edib:
"İyunun 29-da O.Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib, hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. Bu gün O.Salayevin atası Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişin pozaraq əsassız səs-küy qaldırıb. Polis əməkdaşları onu intizama dəvət etdikdə isə Ə.Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunub".
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












