“Samsung” və “Vivo” şirkətləri “5G” smartfonlarının satışının artım tempinə görə liderdir

"Strategy Analytics" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən dünya smartfonlar bazarı üzrə statistikanı dərc edib: bu qurğuların tədarükü artmaqda davam edir, cari ilin birinci rübünün yekunları üzrə nəticə isə rekord olub.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, yanvar-martda dünyada 136 milyon "5G" qurğusu tədarük edilib. Bu, 2020-ci ilin sonuncu rübü ilə müqayisədə 6 faiz çoxdur. Bu tipli smartfonlara tələbat xüsusilə Çin, ABŞ və Qərbi Avropada yüksəkdir.
"5G" qurğularının satışı üzrə lider "Apple" şirkəti olsa da, onun qurğularının tədarükü rüblük hesablamada təxminən 23 faiz azalıb.
Reytinqin ikinci pilləsində "Oppo" şirkəti qərarlaşıb: bu Çin istehsalçısı "5G" qurğularının tədarükünü 55 faiz artırmağa nail olub. Çinin "Vivo" şirkəti "5G" dəstəkli smartfonların satışını 62 faiz artıraraq siyahıda üçüncü yeri tutub.
Bundan başqa, "5G" qurğularının tədarükündə daha yüksək (79 faiz) artım tempini Cənubi Koreya nəhəngi "Samsung" nümayiş etdirib. Bununla belə, şirkət aparıcı istehsalçılar reytinqində dördüncü pillədə yer alıb.
Beşliyi daha bir Çin istehsalçısı - "Xiaomi" tamamlayıb. Şirkətin "5G" qurğularının tədarükü rüblük hesablamada 41 faiz artıb.
Analitiklərin proqnozuna görə, bu il dünyada 624 milyon "5G" dəstəkli smartfon satılacaq. 2020-ci ildə bu göstərici 269 milyona bərabər olub.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












