Samur-Abşeron kanalının fəaliyyəti DAYANDIRILIB - Dəhşətə gətirən MƏNZƏRƏ - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur-Abşeron magistral su kanalı illərdir antisanitar vəziyyətdədir.
Belə ki, zibil qutularının azlığından şikayətlənən sakinlər plastik torbalar, məişət və qida tullantılarını kanala atırlar. Lakin ərazidə kifayət qədər zibil qutusunun olduğu müşahidə edilir.
Qeyd edək ki, kanalizasiya sistemi olmadığından çirkab suları da kanala axıdılır.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kanal boyunca xüsusi təyinatlı nəqliyyat vasitələrinin sərbəst hərəkət edə biləcəyi bütün yol qovşaqlarında bərk məişət tullantılarının toplanması üçün tələbata uyğun konteynerlər yerləşdirilib.
Qeyd edilib ki, şikayət olunan ünvanda hər birində 5 ədəd konteyner olmaqla, 2 yerdə tullantı meydançası var. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Samur-Abşeron kanalı suvarma kanalıdır və hazırda fəaliyyəti dayandırılıb:
"Kanalın fəaliyyəti dayandırıldığı müddətdə vətəndaşlar müxtəlif məişət tullantılarını kanala atırlar. Müvafiq sukanal idarəsinin qəza briqadası tərəfindən kanal vaxtaşırı tullantılardan təmizlənsə də, eyni vəziyyət təkrarlanır və xəbərdarlıqlara baxmayaraq, problem davam edir".
Ətraflı Baku TV-nin süjetndə:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












