Saxta təltiflərə görə saxlanılan QHT sədri Berdiməhəmmədova da orden veribmiş - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan QHT sədrləri saxlanılıblar.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovdur.

Maraqlısı budur ki, E.İsmayılov 12 may 2022-ci ildə Türkmənistanın sabiq prezidenti, hazırda Türkmənistan Xalq Məsləhətinin sədri olan Qurbanqulu Berdiməhəmmədova da orden təqdim edib. Belə ki, qeyd edilən tarixdə Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin başçılığı ilə təşkilatın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana səfərə gedib. Səfər iştirakçıları arasında Eldar İsmayılov da olub.
Berdiməhəmmədov Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin binasında Azərbaycan nümayəndə heyətini qəbul edib. Eldar İsmayılov tərəfindən Berdiməhəmmədova orden təqdim edilib.
Qeyd edək ki, Eldar İsmayılovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb. O, istintaqa cəlb edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












