Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində yeni TIR parkı tikilir

Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində ticarətin asanlaşdırılması məqsədilə yeni TIR parkı tikilir.
Avtosfer.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, 7,3 hektar sahəni əhatə edəcək park nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edəcək, mərkəz rolunu oynayacaq. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə Sədərək dövlət sərhədindən buraxılış məntəqəsindəki əməliyyatların bir hissəsi bu mərkəzdə yerinə yetirilə biləcək. Bu məqsədlə inşa olunan xidmət binasının uzunluğu 24 metr, eni isə 12 metrdir. Burada gözləmə zalı və rəsmiləşdirilmə bölməsi, yeməkxana, qazanxana, anbar və texniki işçilər üçün otaqlar yaradılıb. Binada inşaat işləri yekunlaşıb. Su, kanalizasiya, elektrik xətləri quraşdırılıb, istilik və havalandırma sistemləri qurulub. Hazırda TIR parkının ərazisi asfaltlanır, yeni işıqlandırma dirəkləri qurulur, səkilərə daş düzülür, çəpərləmə və yaşıllaşdırma tədbirləri görülür. İşlər yekunlaşdıqdan sonra 700-dən artıq yük nəqliyyat vasitəsi əraziyə daxil ola biləcək.
"Yeni TIR parkının istifadəyə verilməsi sürücülərin də işini asanlaşdıracaq, onların rahatlığı təmin olunacaq. Təhlükəsizlik və nəzarət məqsədilə ərazidə müasir kameralar quraşdırılacaq", - deyə məlumatda qeyd olunub.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












