Səfir: “Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq”

“Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir”.
Bunu Rusiyanın TASS agentliyinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir.
Belə ki, ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıtması gözlənilir.
Səfir bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda yeni reallıqlar yaradıb.
Polad Bülbüloğlu qeyd edib ki, son üç ildə bu ərazilərdə genişmiqyaslı bərpa işləri aparılıb: “Bu günə qədər ölkə büdcəsindən bu məqsədlər üçün böyük maliyyə vəsaiti ayrılıb. Bu, dövlətin öz maliyyə resursları hesabına həyata keçirdiyi münaqişədən sonrakı sürətli yenidənqurmanın unikal və misilsiz modelidir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












