Şəhərcikdə kuryoz oğuruq: Mühərriki işə salmadan ərazidən uzaqlaşdı - VİDEO

Abşeronda yaşayış binasının həyətindən bahalı motosiklet oğurlanıb.
Avtosfer.az xəbər verir ki, zərərçəkmiş özü araşdırma aparıb və müəyyən edib ki, motosikleti oğurlayan şəxs bu əməli tək törədib.
Kadrlar təhlükəsizlik kameralarına düşüb. Videodan görünür ki, bir nəfər 5 500 manat dəyərində olan motosikleti əvvəlcə mühərriki işə salmadan ərazidən uzaqlaşdırır, daha sonra isə mağazadan su alaraq Binəqədi istiqamətinə gedir.
Zərərçəkmiş Əliheydər Novruzlu deyir ki, motosikletini saxlayıb, avtomobili ilə rayona gedib. Qayıdarkən motosikletin yerində olmadığını görüb və polisə məlumat verib.
Hadisə yerinə Abşeron rayon hüquq-mühafizə orqanlarının əməkdaşları da gələrək baxış keçiriblər. Onlar Əliheydər Novruzludan hadisənin necə baş verməsin barədə izahat aldıqdan sonra gediblər. Zərərçəkmiş iddia edir ki, həmin şəxs əvvəldən onu izləyib, daha sonra cinayəti törədib.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xezerxeber.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












