Şəhərin mərkəzində fermerlər traktorlarla etiraz aksiyası keçirib

Bu gün Londonda dövlət büdcəsinin açıqlanmasından öncə fermerlər ailə sahibkarlığına tətbiq edilən vergi islahatları və miras vergisi ilə bağlı etiraz aksiyası keçiriblər. Avtosfer.az “The Standard”a istinadən xəbər verir ki, etiraz aksiyası paytaxtın mərkəzində ciddi nəqliyyat sıxlığına səbəb olub. Polis tərəfindən traktorların şəhər mərkəzinə girişinə qoyulan qadağaya baxmayaraq onlarla fermer Vestminsterə traktor karvanı ilə daxil olub. Polis əməkdaşları Vestminster ətrafında təxminən 20 traktorun qarşısını kəsib, lakin digər bir qrup fermer Trafalqar meydanında ondan artıq traktoru park etməyə nail olub. Parlament binasının qarşısında “Fools vote Labour” (“Axmaqlar Leyboristlərə səs verir”) şüarı yazılmış traktor dayanıb. Fermerlər etirazlarını davamlı traktor siqnalları çalaraq bildiriblər. Səhər saatlarına təsadüf edən aksiya nəticəsində mərkəzi Londonda nəqliyyat demək olar ki, iflic vəziyyətinə düşüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












