Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırılıb - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Ordumuzun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib.
Avtosfer.az -ın məlumatına görə, şəhid M.Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, sakinlər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları iştirak ediblər.
Şəhidin tabutunın büründüyü üçrəngli bayraq onun atasına təqdim olunub.
Qeyd edək ki, M.Məmmədov 1995-ci ildə Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.
2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunda gizir rütbəsində xidmət göstərib.
Şəhid subay idi.(Report)




Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












