Şəhid Mehman Şirvanovun həyat yoldaşı DANIŞDI: "Qızı atasını yalnız şəkillərdən tanıyır" - VİDEO

Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də polkovnik-leytenant Mehman Şirvanovdur.
Şəhidin həyat yoldaşı Arzu Şirvanova Baku TV-yə müsahibəsində mərhumla bağlı xatirələrini bölüşüb:
"Mehmanla 10 il ailəli olmuşuq. Bu illərin doqquzunu onunla birgə hər yerdə yaşamışam. Mənim üçün şəraitin necə olması önəmli deyildi, əsas Mehmanın yanımda olması idi. Yalnız ölümə onunla gedə bilmədim. O, ölümün ən şərəflisini yaşadı. Mehmanın şəhid olacağı heç vaxt ağlıma gəlməzdi. Sonuncu dəfə ondan vəziyyəti soruşanda "hər şey yaxşı olacaq" demişdi".
Onun sözlərinə görə, Mehman Şirvanov şəhid olanda qızı 1 yaş 10 aylıq olub:
"Qızım atasını tanımadı, "ata" sözünü işlətmədi. Ata sevgisinin nə olduğunu bilmədi. İndi isə atasını şəkillərdən tanıyır".
Mehman Şirvanov xidməti dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniya, Türkiyə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib. Qəhrəman zabitimizin sonuncu döyüşü Murovdağda olub.
Sentyabrın 27-də isə şəhidlik zirvəsinə ucalıb. Şəhid Mehman Şirvanov ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Qarabağ" ordeni və "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ətraflı süjetdə:
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












