Şəhid Orxan Paşazadənin anım günündə ev muzeyi ziyarət edilib - FOTO

Cəlilabad rayonunda Şəhid Orxan Paşazadənin anım günündə ev muzeyi ziyarət edilib.
Report xəbər verir ki, şəhid əsgər Paşazadə Orxan Nazim oğlu 1996-cı il oktyabr ayının 12-də Cəlilabad rayonunun Cəfərxanlı kəndində müəllim ailəsində dünyaya gəlib.
Cəfərxanlı kənd ümumi orta məktəbində 9-cu sinfi bitirib. Tam orta təhsilini isə Üçtəpə kənd tam orta məktəbində alıb. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi fakültəsinə qəbul olub, 2019-cu ildə oranı müvəffəqiyyətlə bitirərək 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb.
2020-ci il martın 5-də Orxan Paşazadə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Qazax rayonu, Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində şəhadət zirvəsinə ucalıb. Martın 6-da Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
O. Paşazadə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Rayon sakinləri və rəsmilər şəhid Orxan Paşazadənin Cəfərxanlı kəndindəki ev muzeyinin ziyarət ediblər. Onun ruhuna dualar oxunub.
Qeyd edək ki, ev muzeyi ötən ilin oktyabrında təşkil edilib və burada şəhidə məxsus şəxsi əşyalar, geyimlər qorunur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












