Şəkidə universitet yaradılacaq - Rəsmi müraciət edildi

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlər görürük".
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov bildirib.
O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması üçün hər cür imkan var.
"Məsələni qaldırdıqdan sonra Nazirlər Kabineti, baş nazir bu məsələyə diqqət etdi. Onlara da xüsusi təşəkkürümü bildirirəm. Nazirlər Kabinetinin bülleteninə də bu məsələ daxil edilib. Danışdıq və bildirdilər ki, Şəki filialının ayrıca universitet olması məsələsi gündəmdədir. Hələlik konkret tarix bilinməsə də, bu məsələni mən də gündəmdə saxlayıram, ictimailəşdirməyə çalışacağam".
Deputat qeyd edib ki, bina, texniki baza, professor-müəllim heyəti baxımından da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır.
"Pedaqoji Universitetinin filialları arasında da ən yüksək balla qəbul olunan filial Şəkidir. 2026-cı ildə bu məsələni yenidən gündəmə gətirəcəyəm və danışıqlara başlayacağam", - deyə Vüqar İskəndərov vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












