Şəkinin bitməyən it problemi - FOTO

Azərbaycanda yay turizminin qızğın vaxtıdır. Elə həftə sonu getdiyim Bakı-Şəki avtobusundakı sərnişinlərin təxminən yarısı əcnəbilər idi. Qədim şəhərin küçələrində də kifayət qədər xariciyə rast gəlmək olurdu. Bu da turizm təbliğatının kifayət qədər yaxşı təşkil olunduğunu göstərir. Bura qədəri əla.
Lakin həlli mümkün, amma diqqət yetirilməyən xırda məsələlər də kifayət qədərdir. Avtosfer.az saytında ötən iyulda Şəkinin ortasından keçən Qurcana çayındakı antisanitariyadan yazmışdım. İndi vəziyyət nisbətən yaxşılaşıb. Amma ötən il qaldırdığım it məsələsi hələ də həllini tapmayıb.
Şəhərdə yenə də itlər sürü ilə dolaşır. Gündüz vaxtı nisbətən sakit olan sahibsiz itlər hava qaralan kimi fəallaşır. Şəhərin mərkəzində qaldığım yerdə gecə boyu it səsləri kəsilmədi. Yerli sakinlərdən biri mənə gecə vaxtı çölə çıxmamağı israrla tövsiyə etdi.
İndi məni belə bir sual maraqlandırır: Əgər UNESCO-nun siyahısına düşmüş ərazidə əcnəbi turisti quduz it dişləsə bunun fəsadları necə olacaq? Doğrudur, turistə tibbi yardım göstəriləcək, öz ölkəsinə salamat şəkildə yola salınacaq. Amma həmin turist sosial şəbəkədə hadisə ilə bağlı danışacaq olsa o zaman turizmin təbliğinə sərf etdiyim pullar hədər getmiş olacaq.
PS. Mən hər bir halda canlıların öldürülməsinin və ya onlarla vəhşi rəftar edilməsinin əleyhinəyəm. Amma XXI əsrdə sahibsiz itləri küçələrdən kənarlaşdırmağın sivil yolları şübhəsiz ki, mövcuddur.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













