Şəmkir polisi əməliyyat keçirib, saxlanılan var

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Fikrət Sultanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Həyətyanı sahəyə baxış zamanı oradan 7 ədəd, ümumi çəkisi 2 kq 650 qram olan, çətənə kolu aşkar olunub.
Bundan başqa, oradan qurudulması üçün sərilmiş, 100 qram qurudulmuş marixuana aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsədə digər xüsusatlar da istisna edilmir.
Faktla RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












