Şəmkir sakinlərində silah-sursat aşkarlanıb - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri uğurla nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Sadıqovdan 1 ədəd istifadəyə yararlı tapança pulemyot, 1 ədəd onun komplekt hissəsi hesab edilən sandıqca və 150 ədəd 7.62 mm-lik atəşə yararlı patron aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini, Elşad Əliyevdən də odlu silah aşkar edilərək götürülüb. Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və oradan 1 ədəd, istifadəyə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid 1 ədəd daraq, 23 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı, saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl qəbiristanlıqdan tapdığını bildirib.
Şəmkir Rayon Polis Şöbəsinin, Kür və Zəyəm Polis Bölmələrinin bu istiqamətdə keçirdikləri digər əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.


Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












