Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1 480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb”, - deyə qurumdan bildirilib
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













