Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Sadıqov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd atəşə yararlı 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Vüqar Qasımov saxlanılıb. Üzərindən “heroin” aşkar edilən şübhəli şəxsin yaşadığı evdən bir ədəd atəşə yararlı “Makarov” tapançası və dörd ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış, profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinə məxsus 8 ədəd, müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri də aşkar edilərək götürüb. Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri silsilə tədbirlər nəticəsində cari ilin müvafiq dövründə ümumilikdə 27 ədəd qanunsuz saxanılan odlu silah müsadirə olunub.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ















