Sənədsiz ev probleminin həlli niyə gecikir...

Azərbaycanda 1 milyona yaxın, paytaxtda isə 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. Uzun illər müzakirə olunan bu problem hələ də öz həllini tapmayıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən il verdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində işçi qrupu yaradılıb. İlkin mərhələdə sənədsiz evlərin təyin olunaraq dövlət qeydiyyatına alınması nəzərdə tutulur. Bu məqsədlə yeni elektron portalın ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcəyi planlaşdırılır.
Rəsmi məlumata görə, prezidentin 17 noyabr 2023-cü il tarixli Fərmanı əsasında hazırlanan sənədlər toplusu artıq aidiyyəti qurumlara təqdim olunub. Sistemin istifadəyə verilməsi ilə daşınmaz əmlakla bağlı əməliyyatlar vahid portal üzərindən aparılacaq və vətəndaşlar prosesin gedişatını izləyə biləcəklər. Ancaq portal hələ də istifadəyə verilməyib.
Əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı bildirib ki, bu problem təkcə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həll edilə bilən problem deyil.
"Bu qurum qeydiyyat orqanıdır və " şınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunla tənzimlənən məsələləri həll edir. Həmçinin, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində proqramlar icra edir. Bu istiqamətdə təkliflər irəli sürülüb və prosesin tezləşdirilməsi, səmərəli təşkili üçün elektron sistemin yaradılması aktualdır. Amma yekun qərar olmadığına görə, icrasının tam forması məlum deyil.
Ekspert qeyd edib ki, təəssüf ki, bu məsələnin həlli ötən ilin sonuna kimi bitməli idi. Lakin, hələ də davam edir. Ümid edirik ki, ilin ilk yarısında bu məsələ ilə bağlı qərar qəbul ediləcək. O zaman prosesi tam təhlil etmək mümkündür. İlkin məsələ, müraciətlərin sürətli və elektron şəkildə qəbul edilib, həll edilməsidir".(modern.az)
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO
Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun İFŞASI - VİDEO
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ
Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu - VİDEO
Paytaxtın daha üç küçəsində TƏMİR İŞLƏRİNƏ BAŞLANILIR
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakının hansı küçə və prospektlərində TƏMİR GEDİR?










