"Sənədsiz evlərin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq" - Deputat

"Cəmiyyətimizi narahat edən məsələlərdən biri sənədsiz evlərin sənədləşdirilməsidir. Sənədsiz evlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bəziləriləri 500 min, 700 min və ya 1 milyon sənədsiz evin olduğu deyir. Təkcə Bakı şəhəri üzrə 500 min sənədsiz ev mövcuddur".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov deyib. O bildirib ki, bunların arasında qanunsuz, qadağan olunmuş ərazidə tikilən evlər var:
"Bu yerlərdə vətəndaşlara mülkiyyət sənədlərinin verilməsi mümkün deyil. Bir milyona yaxın sənədsiz ev varsa, ölkə bələdiyyələri bu qədər əmlakdan vergi yığa bilmirlər. Bu çox böyük vəsaitdir. Mərhələli şəkildə sənədsiz evlərin sənədləşdirilməsi işi davam etdirilərsə, bu bələdiyyələrə böyük köməklik göstərər, onların maliyyə imkanları artar. Sənədsiz evlər sənədləşirsə, ölkənin əmlak bazarı, bank sektoru canlanır. Sənədsiz evləri istifadə edənlər həmin əmlak üzərində sərəncam vermək hüququna malik deyirlər. Onu alqı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qəbul etdiyi fərmanları nəzərə alsaq, əminəm ki, bu istiqamətdə tədbirlər davam etdiriləvcək".
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












