Sərhəddə 3 minə yaxın vaqon yığılıb

Bu ilin oktyabr ayında Çin Xalq Respublikasından dövlətlərarası Altınkol qovşağı vasitəsilə gələn qatarların sayı gündəlik olaraq 14-dən 10-a, bəzi günlərdə isə cəmi 6-ya düşüb. Avtosfer.az “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, səlahiyyətli Çin orqanları Urumçi və Pekin şəhərlərində taxıl yüklərindən nümunələrin götürülməsi və laboratoriya analizlərinin aparılması işlərini həyata keçirir. Yoxlama 5-10 gün çəkir.
Qeyd olunur ki, mövcud vəziyyət Qazaxıstan infrastrukturunun istismar şəraitinə təsir göstərib, habelə Çinə ixrac və tranzit yük daşıyan təxminən 3000 vaqonun yığılmasına səbəb olub. Bu rəqəm yüklərin ötürülməsini gözləyən vaqon heyətinin standart sayını üstələyir. Bu qatarların qəbulu əvvəllər Çin tərəfi ilə tam razılaşdırılmışdı. İnfrastrukturunun sabit və təhlükəsiz işləməsini təmin etmək üçün “KTZ” SC konteyner qatarları ilə hərəkət edən müəyyən ixrac taxıl yüklərinin qəbuluna müvəqqəti texnoloji məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Bu, gündəlik üç qatardan çox olmamaq şərti ilə həyata keçirilir. Bu tədbir müvəqqəti, həm də zəruridir və daşınmaları KTZ-nin məsuliyyət dairəsindən kənarda qəbul infrastrukturunun faktiki hazırlığı ilə sinxronlaşdırmaq məqsədi daşıyır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












