Sərhədə yığılan yük maşınlarını müsadirə etməklə hədələdi

"Belarus Litva ilə sərhədi açmağa hazırdır, çünki onu Minsk bağlamayıb".
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Bəyan etmək istəyirəm: biz çoxdandır ki, sərhədi açmağa hazırıq. Biz onu bağlamamışıq. O, bir neçə saata bizim tərəfdən öz işini bərpa edə bilər. Sərhədçilər ümumilikdə buna hazırdır", - "Belta" xəbər agentliyi dövlət başçısının sözlərindən sitat gətirib.
Prezidentin sözlərinə görə, Litvanın bütün maşınları nəzarət-buraxılış məntəqələrinə toplanıb və mühafizə olunur: "Gələcəkdə bizi orada pis iş görməkdə günahlandırmasınlar. Onlar mühafizədədirlər. Əgər onları evakuasiya etmək istəsələr, danışıqlar aparacağıq. Maşınlar yığılıb, mühafizə olunur. Onları saxlayanlar, məncə, gündə 120 avro istəyirdilər. Mühafizəçiyə pul ödəyiblər. Orada dayanan günlərin sayını 120 avro ödəyib maşınlarını götür. Əgər bu, yaxın bir neçə gün ərzində həyata keçirilməsə, Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, qanunlarımıza uyğun olaraq, 1100 və ya 1200 nəhəng yük maşını müsadirə edilə bilər".//unikal
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












