Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi yeni qaydada tənzimlənəcək

Bu gündən sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənəcək.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin “Fərqlənmə nişanı” almaqla sadələşdirilmiş qaydada yerinə yetirilməsi ləğv olunub. Həmin şəxslər rüb ərzində 30% limit nəzərə alınmaqla, vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcəklər. Eyni zamanda dövriyyə 200 min manatı keçdikdə məcburən ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.
Sərnişin daşıma ilə məşğul olanlara (taksi istisna olmaqla) münasibətdə isə mövcud vergi rejimi saxlanılıb. Bu şəxslərə göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir vergisinin) və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilib.
Qeyd edək ki, yükdaşıma sahəsində dəyişikliklərdə məqsəd sui-istifadə hallarının qarşısını almaqdır. Çünki göstərilən xidmətlərin dəyərindən asılı olmayaraq biznesə göstərilən yükdaşıma xidmətlərinin vergi yükü sabit məbləğdə (avtomobilin yükgötürmə qabiliyyəti hər tona görə 1 manat olmaqla) müəyyən edildiyindən mövcud rejim vergi yükünü azaltmaq məqsədilə bu xidmətlərin alıcılara süni şəkildə ötürülməsinə münbit şərait yaradır, büdcəyə çatası verginin azalmasına səbəb olur, eyni zamanda pul vəsaitlərinin nağdılaşdırılması alətinə çevrilir.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












