Sərnişinlərin yarım saat gözlədiyi marşrut avtobusu ilə bağlı AYNA-dan QƏRAR

71 nömrəli avtobus marşrutu ilə bağlı sərnişinlərin şikayətləri artıb.
Sərnişinlər bildirirlər ki, avtobusu yarım saatdan çox gözləməli olurlar. Sürücülər isə gecikməni xəttə 14 avtobus ayrılmalı olduğu halda 7 avtobusun fəaliyyət göstərməsi ilə əsaslandırırlar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib.
"AYNA tərəfindən daşıyıcılara avtobus parkının yenilənməsi, nizamlı sərnişindaşıma fəaliyyətinin təqdim edilməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir.
Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətləri müsabiqəyə çıxarılır. 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib", - deyə məlumatda qeyd olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












