Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12,615 milyon ton olub. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 min ton və ya 1,2% azdır. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12,765 milyon ton olmuşdu. Dövr ərzində Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daşınan yüklərin 6,117 milyon tonu Avropa-Qafqaz-asiya dəhlizinin payına düşüb. Bu isə ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 405 min ton və ya 6,2% azdır. Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10,556 milyon ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton və dəniz nəqliyyatı ilə 5,590 milyon ton yük daşınıb. Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












