Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açacaq

ABŞ Prezidenti Cozef Baydeninin Yaxın Şərqə səfərindən sonra Səudiyyə Ərəbistanı hava məkanını İsrail və oradan uçan bütün kommersiya reysləri üçün açacaq.
Avtosfer.az xəbər verir ki, rəsmi Ər-Riyad bu həftə hava məkanını açacağını elan edəcək.
Məlumata görə, krallıq İsraildəki müsəlmanlara Həcc ziyarətində iştirak etmək üçün çarter reysləri vasitəsilə birbaşa təyyarə ilə uçmalarına icazə verəcək.
Cozef Baydenin İsraildən belə reyslərdən biri ilə Səudiyyə Ərəbistanına yolla düşəcəyi gözlənilir.
ABŞ Prezidenti İsraillə krallıq arasında daha sıx əlaqələrin yaranacağına ümidvar olduğunu bildirib: “İki ölkə arasında münasibətlərin tamamilə normallaşması uzun çəkəcək”.
Qeyd edək ki, ötən ay “The Jerusalem Post” Səudiyyə Ərəbistanı ilə İsrail arasında yerləşən iki strateji Tiran və Sanafir adalarına İsrail təyyarələrinin krallıq səmasından uçaraq getməsinə dair razılaşmanın olacağı haqqında məlumat yaymışdı. Məlumata görə, Qırmızı dənizin strateji adaları olan Tiran və Sanafir üzərində suverenlik Misirdən Səudiyyə Ərəbistanına veriləcək və bunun qarşılığında krallıq İsrail aviaşirkətlərinə bu ölkənin hava məkanı üzərindən uçuşlara icazə verəcək.
“Report”
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












