Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər

Azərbaycanda "Pasportlar haqqında" qanuna şəxsiyyət vəsiqəsində baş örtüklərindən istifadə edilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.
Hesabatda bildirilir ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmir və bu hallar şikayətlərə səbəb olur. Bunun üçün də fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə "Pasportlar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
Bununla yanaşı, təklif edilir ki, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.)xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə əlavə edilsin.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunda şəxsin yaşayış sahəsindən çıxarıldığı və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi hallarda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının mülkiyyətçinin (əmlak sahibinin) tələbinə əsasən inzibati qaydada həyata keçirilməsi mexanizminin hazırlanması və bununla əlaqədar həmin qanuna əlavə və dəyişikliklərin edilməsi də tövsiyə edilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












