Səyyar məntəqələrdə neçə nəfər vaksinasiya edilib? - AÇIQLAMA

Ölkəmizdə vaksinasiya strategiyasına uyğun olaraq peyvəndləmə işləri aparılır. Bu gün “28 Mall” Ticarət Mərkəzində səyyar vaksinasiya prosesinə start verilib.
Avtosfer.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlama verib.
O bildirib ki, səyyar vaksinasiya briqadalarının təşkilində məqsəd peyvəndləməni vətəndaşlar üçün daha əlçatan etmək və tibb müəssisələrində yaranan sıxlığın qarşısını almaqla həkimlərin yükünü bir qədər azaltmaqdır:
“TƏBİB tərəfindən təşkil edilən səyyar vaksinasiya prosesində bu günə qədər 52 min dozadan çox vaksin istifadə edilib. Onlardan 32 mindən çox insan birinci dozanı, 16 mindən çox insan isə ikinci dozanı vurdurub”.
Xatırladaq ki, iri ticarət mərkəzlərində vaksinasiya briqadalarının təşkili vətəndaşların tələbatına uyğun olaraq davam etdiriləcək.
Qeyd edək ki, paytaxtda yerləşən bir neçə ticarət mərkəzində səyyar vaksinasiya briqadaları təşkil edilib. Vətəndaşlar səhər saat 10:00-dan 22:00-a qədər yaxınlaşaraq vaksin oluna bilərlər. Ticarət mərkəzlərində vətəndaş ilk olaraq qeydiyyata alınır, daha sonra həkim tərəfindən yoxlanılır, heç bir problem aşkarlanmazsa, vaksinasiya prosesi həyata keçirilir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












