Sığorta şirkətləri yol qəzalarına görə edlən ödənişləri artırıb

2021-ci ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 339 milyon 107,3 min manat, sığorta ödənişlərinin həcmi isə 179 milyon 789,3 min manat olub.
Sığorta haqlarının həcmi ötən ilin may ayının 1-nə olan göstəricilərlə müqayisədə 8,9 faiz, sığorta ödənişlərinin həcmi isə 70,3 faiz artıb.
Belə ki, könüllü sığorta növü üzrə şirkətlər tərəfindən 222 milyon 416 min manat, icbari sığorta növü üzrə isə 116 milyon 691,1 min manat sığorta haqqı yığılıb.
Ötən ilin may ayının 1-nə olan göstəricilərə nəzərən könüllü sığorta növü üzrə yığım həcmi 6 faiz, icbari sığorta növü üzrə yığımlar isə 14,9 faiz artıb.
Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 129 milyon 372,6 min manata qədər, icbari sığorta növü üzrə isə 50 milyon 416,7 min manata qədər sığorta ödənişi edilib.
2020-ci ilin may ayının 1-nə olan göstəricilərlə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 1,6 dəfə, icbari sığorta növü üzrə isə 2 dəfəyə qədər artıb.
Əlavə edək ki, may ayının əvvəlinə olan göstəricilərinə əsasən könüllü sığorta ilə avtomobil sığortası üzrə 10 milyon 269,2 min manat (illik müqayisədə 26,7 faiz az) sığorta haqqı, 4 milyon 768,5 min manat (illik müqayisədə 11,5 faiz çox) sığorta ödənişi edilib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 28 milyon 712 min manat (illik müqayisədə 9,5 faiz çox) sığorta yığımı, 21 milyon 448,6 min manat (illik müqayisədə 2,2 faiz çox) sığorta ödənişi edilib./oxu.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












