Şimal-Cənub dəhlizi ilə bağlı TARİXİ ANLAŞMA – Azərbaycan logistika mərkəzinə ÇEVRİLİR

Orta Dəhliz Assosiasiyasının fəaliyyətə başlaması fonunda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) üzrə də Azərbaycan, Rusiya və İran arasında əməkdaşlıq və razılaşmalar əldə olunub.
Belə ki, noyabrın 26-da Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.
Memorandumun imzalanması üçtərəfli əməkdaşlığın uzunmüddətli inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.
Qeyd edək ki, Orta Dəhliz və Şimal-Cənub Dəhlizi Avrasiya qitəsində mühüm ticarət marşrutlarıdır. İki dəhlizin birgə inkişafı malların daşınması üçün alternativ marşrutlar yaradır, logistika xərclərinin azalmasına və ticarət həcminin artmasına xidmət edir.
Bütün bunların fonunda isə sözügedən hər iki dəhlizin mərkəzində yerləşən Azərbaycan mühüm logistika mərkəzinə çevrilir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, Orta Dəhliz və Şimal-Cənub dəhlizləri Azərbaycanın tranzit və logistika baxımından strateji mövqeyini daha da gücləndirir:
“Orta Dəhliz artıq fəaliyyətə başladığı üçün Azərbaycan Avropa və Asiya arasında yük daşımalarında əhəmiyyətli rol oynayır. Şimal-Cənub dəhlizi ilə razılıq əldə olunması isə ölkəni həm şimal, həm də cənub yönümlü tranzit üçün açıq qapı vəziyyətinə gətirir”.
Bakı regional loqistika mərkəzi rolunda
Ekspert qeyd edir ki, bu iki dəhlizin fəaliyyəti Azərbaycanı regional logistika mərkəzinə çevirir:
“Beləliklə, ölkəyə tranzit gəlirləri, liman və dəmir yolu xidmətlərindən əlavə gəlirlər, yeni iş yerləri və investisiyalar gəlir. Bu həmçinin ölkənin diplomatik və iqtisadi əhəmiyyətini artırır, enerji sektorundan asılılığı azaldır və iqtisadi şaxələnməni təmin edir”.
Eyni zamanda, həmsöhbətimizin fikrincə, yaranmış potensialdan tam yararlanmaq üçün infrastrukturun modernləşdirilməsi, beynəlxalq logistika standartlarına uyğunlaşdırılması və rəqabət qabiliyyətinin artırılması da vacibdir:
“Azərbaycanın tranzit mərkəzi kimi rolu həm iqtisadi, həm də strateji baxımdan ölkəyə böyük faydalar gətirir”.(bizim.media)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












