Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”

Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib.
Avtosfer.az xəbər verir ki, qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.
Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı, miqrasiya qeydləri ilə təsdiqlənib.
İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının – YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.
Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlanıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub. Onlar üçün qanunvericilikdə yer almayan “Hibrid Doktorantura Proqramı” tətbiq olunur.
Diplom almaq üçün tələb olunan ödəniş isə 3000-4000 ABŞ dolları arasında dəyişir. Məsələ ilə bağlı danışan bir akademik bildirib ki, qaydalara əsasən, doktorantura dərslərinin yalnız üçdə biri onlayn ola bilər və bu da yalnız xüsusi hallar üçün nəzərdə tutulub. Hər semestrdə tələbə ən azı 45 gün adada qalmalıdır. Hibrid doktorantura proqramı isə qanunla qadağandır.(editor.az)
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










