Şirvanda narkotiklərə görə 15 gündə 15 nəfər saxlanılıb - FOTO
Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və qanunazidd əməllə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən insan sağlamlığına ciddi təhlükə törədən zərərli maddə və vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son 15 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində 15 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr, eləcə də marixuana və çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı onların hər biri narkomaniyanın qurbanı olduqlarını və tutduqları bu əməldən peşman olduqlarını səmimi etiraf ediblər.
Saxlanılan şəxslərdən 8-i barəsində şəhər məhkəməsi tərəfindən həbs, 7-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək















