Siyasi ekspert: "Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu yüksək nəticələrlə yadda qalacaq"

"Bakı mühüm siyasi fiqurların görüş yerinə çevrilir, mötəbər təşkilatların zirvə toplantıları keçirilir, Azərbaycan COP29 kimi genişmiqyaslı iqlim konfransına ev sahibliyi edir. Paytaxtda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu da məhz bu kimi irimiqyaslı tədbirlərdəndir".
Avtosfer.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında siyasi ekspert Ülviyyə Zülfiqar bildirib.
O xatırladıb ki, beynəlxalq tədbirin 13-cü sessiyası 2026-cı il mayın 17-21-də baş tutacaq:
"Dünyanı qlobal miqyasda narahat edən çağırışlar uzun müddətdir Bakıda müzakirə olunur. Bu, istər siyasi, istər iqtisadi, istərsə də humanitar və iqlim məsələlərini əhatə edən çağırışlardır. Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma proqramı tərəfindən 2001-ci ildə təsis edilərək ilk sessiyası Keniyada toplanıb. İki ildən bir keçirilən tədbirin sonuncu sessiyası 2024-cü ildə Misirdə, Qahirə şəhərində baş tutub. Forum şəhərsalma mövzusu ilə bağlı ən mötəbər və ən çox sayda iştirakçı qatılan tədbirdir. Belə ki, sonuncu, Qahirədə keçirilən sessiyaya 182 ölkədən 25 min nümayəndə qatılmışdı".
Ü.Zülfiqar vurğulayıb ki, Qahirədə forum çərçivəsində şəhərsalma ilə bağlı bir sıra çağırışlarda mühüm nəticələr əldə edilib:
"Misirdə Barselona, Neapol, Əbu-Dabi, Rio-de-Janeyro, Vankuver və s. kimi şəhərlərdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə nizamsız şəhərsalma, evsizlikdən irəli gələn çox sayda problemlər müzakirə edilərək təcrübə mübadiləsi aparılıb. 2026-cı ildə Bakıda keçiriləcək tədbirin mövzusu "Dünyanın mənzillə təmin edilməsi, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" olacaq. Dünyada çox sayda nizamsız və sürətli şəhərsalma prosesi gedir. Bu proses həm də günümüzün çağırışlarındandır. Çünki plansız və sürətli şəhərsalma həm də əsas insan hüquqları prinsiplərindən olan təmiz su və sanitar imkanlara çıxışı azaldır. Bakıda keçiriləcək forumun da yüksək nəticələrlə yadda qalacağı gözlənilir".
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










