Skuterləri icarəyə verən şirkətin meneceri cərimə edildi
Xəbərlər
15 Fevral 2025 12:54

Bakı şəhərində skuterlərin satışı, təmiri və icarəsi ilə məşğul olan “Samokat.az” şirkəti ilə sakinlər arasında narazılıq yaranıb.
Avtosfer.az xəbər verir ki, bir qrup sakin yaşadıqları Binəqədi rayonu Ziya Bünyadov prospekti ünvanının yaxınlığında fəaliyyət göstərən şirkətlə bağlı polisə şikayət ediblər.
Vətəndaşlar skuter şirkətinin onların dincliyini və istirahət hüququnu pozduğunu bildiriblər.
Ərazidə araşdırma aparılarkən “Samokat.az”ın əməkdaşları ilə polis arasında mübahisə yaranıb. Şirkətin meneceri 1976-cı il təvəllüdlü F.Ağayev (şərti) saxlanılaraq 5-ci Polis Bölməsinə aparılıb.
Barəsində inzibati protokol tərtib edilən menecer Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraxılıb.
Oxunub : 870
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ












